Qarabağ Musiqisini erməni təcavüzündən qoruyaq

Qarabağ Musiqisini erməni təcavüzündən qoruyaq

 

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Qarabağ musiqisini erməni təcavüzündən qoruyaq" adlı layihəsi çərmivəsində təqdimat mərasimi keçirildi. Təqdimatda çıxış edən layihə rəhbəri Nərgiz Səfərli layihə haqqında qısa məlumat verdi. Layihənin məqsədi mənfur düşmənimiz olan ermənilər tərəfindən oğurlanan milli musiqilərimizin təbliğindən ibarət idi. Daha sonra, Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim Hacıyev çıxış edərək layihənin gözəl bir təşəbbüs olduğunu, davamlı olaraq Azərbaycanın milli mədənihyət nümunələrinin təbliğinə həsr olunan tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.Daha sonra, tədbirdə iştirak edəb  "Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı çıxış edərək layihənin ərsəyə gəlməsində müəllimlərə təşəkkür etdi. O, dəstəyinə görə Səid Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbinin kollektivinə, xüsusilə musiqi müəllimləri: Faiq Şıxbabayev, Rəsmiyyə Abbasova, Qurbanova Zərifəyə minnətdarlığını bildirdi. Sonda, Nərgiz Səfərli, layihənin ərsəyə gəlməsində Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərova öz təşəkkürünü bildirdi. Eləcə də, tədbirin təşkilində göstərdiyi diqqətə görə İbrahim İlyaslıya təşəkkürünü bildirdi. Həmçinin, iştirakına görə Əliyev Habil, Həmidzadə Həmidə öz minnətdarlığımızı bildiririk. #AzGF, #GenclerFondu