Qənirə Paşayeva
Bugün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, vətənpərvərlik duyğusunu həyat amalına çevirən, qəlbi hər zaman Azərbaycanla döyünən Qənirə Paşayevanın ad günüdür. Azərbaycanın adına əldə etdiyi bütün işlərində və bundan sonrakı fəaliyyətində ona uğurlar arzu edirəm.
Qənirə xanım Azərbaycan tarixində uğurlu simalardan biridir. Qənirə xanımın ad günü uğurlu iş fəaliyyəti, şücaəti ilə bir sıra xanımlara örnək olmasından dolayı, beynəlxalq qadınlar günü ilə ard arda düşməsi heç də təsadüfi deyildir. Əminəm ki, onun həyat yaradıcılığı bir çox xanımlarımızın işgüzar fəaliyyətinə təsir etmişdir. Qənirə xanımın illərdir ki, Azərbaycan sosial problemlərin həllində çalışması, kişilərlə bərabər qadınların da işləmək, xalqın rifahı üçün ictimai işlərlə məşğul olmaq hüququ olduğunu canlı şahidi olduq. Bunun yeganə səbəbi Qənirə xanımın qəlbi hər zaman Azərbaycan üçün, vətəndaş cəmiyyətinin inkişafı üçün döyünməsidir. Bəlkə də, ictimaiyyətdə Qənirə xanımı digərlərindən fərqləndirən də məhz budur: gördüyü işlər, xalqın problemlərinin həllində sevgiylə yanaşmasıdır. Qloballaşan dünyanın yad dəyərlərinin ölkəmizə, gənclərimizə qəbul etdirilməyə çalışdığı bir zamanda Azərbaycanın milli maraqlarının müdafiəsinə ehtiyacı var. Dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır. Bu baxımdan bu cür yanaşma ümumi vətəndaşlarımızda vətənə, millətə sevgi hissini gücləndirir. Qənirə xanımın İkinci Qarabağ müharibəsində cəbhəyanı bölgələrdə ermənilərin mülki əhaliyə qarşı təcavüzündən əziyyət çəkən insanların, əsgərlərin yanında olması biz də təəccüb doğurmadı. Hətta, Tovuz hadisələrində yaralanmasına baxmayaraq, xalqın yanında olaraq mənəvi dəstək olması vəzifəsinin gətirdiyi öhdəliklərdən əlavə bir Azərbaycanlı kimi, vətənə və millətə olan sevgisinin göstəricisidir.
Bununla yanaşı, gənclərin ictimai fəallığında mənəvi olaraq dəstək olması biz gəncləri hər zaman ruhlandırır. Onun həyat və yaradıcılığına baxaraq ilhamlanmaq, onunla eyni dövrü yaşayaraq, “hər şeydən öncə Vətən” prinsipi ruhumuza aşılanır.
Tarixən də 1918-ci ildə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəin ki, Şərqdə, hətta demokratiyanın beşiyi olan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüquqi verilmişdir. Мüasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb sevdiyi deputatdır. Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Bu münasibətlə, eyni zamanda Azərbaycanlı xanımların 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə də təbrik edirəm.
Hörmətlə,
Azərbaycan Milli QHT Forumu Könüllülər İctimai Birliyinin sədri
Nərmin Kərimova