Təhsilin əlçatanlığını təmin edən "Rahat Təhsil" (Easy Education) saytının təqdimatı
“Təhsil xəzinədir, əmək isə onun açarı” – mövzumuzu bu kəlam ilə başlasaq yerinə düşərdi. Beləki, hər bir insan təhsil almaq üçün çox çalışmalı və çox oxumalıdır. Amma bizim bu fikirlərimiz cəmiyyətdə yaşayan hər bir uşaqlar üçündürmü? Elə ailələr var ki, uşaqlarına təhsil verə bilmir, təhsildən kənar qalırlar, hətta məktəbə davamiyyəti saxlayıb, ailəni dolandırmaq üçün çalışdırırlar. Elələri var ki, məktəbdə təhsil alırlar, amma özlərini doğrulda bilmirlər, yaxud da ailənin buna imkanları olmur. Bunu nədə görürlər? Bir çoxları dərsə düzgün vaxt ayırmadığından, ya da müəllimin savadsızlığından, ya da belə desək ailədə uşağın hansı ixtisas seçimindən və düzgün istiqamətləndirməməsindən irəli gəlir. Bu günkü dövrümüzdə yeniyetmələrin məktəbdə əla qiymətlərlə, yəni “əlaçı” oxumasına baxmayaraq, qəbul imtahanında az, cüzi bal toplaması şagirdin psixoloji baxımdan intiharına gətirib çıxarır. Artıq bu intiharlar çoxalır. Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmir və məhv olurlar. Məktəblərdə müəllim yanına getmək sanki bir növ dəb və məcburi hala çevrilib. Bir neçə il əvvəl əgər 9-11-ci siniflər hazırlığa gedirdilərsə, bu gün artıq 1-2-ci siniflər hazırlığa getməli olurlar, çünki çox vaxt müəllimlər belə istəyir. Elə ailə var ki, onun buna imkanı çatmır. Bir ailədə 2 uşaq varsa və ailənin imkanı çox aşağıdırsa, bu o deməkdir ki, uşaq normal təhsil ala bilməyəcək. Bunun qarşısını almaq üçün bir çox təşkilatlar yaranır və müəyyən işlər görməyə çalışırlar ki, təhsildə axsamalar olmasın təhsil alanın da, təhsil verənində problemləri həlli yolunu tapa bilsin.
Bu məqsədlə də “Göyərçin” Təhsilin Inkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Easyedu.az” onlayn təhsil platforması yaradıldı. Bu yaradılan platforma fərdi, təmənnasız, təhsilə böyük ehtiyacı olan şagirdlər üçün nəzərdə tutulur. Dərslər canlı onlayn savadlı müəllimlər tərəfindən müxtəlif ixtisaslar üzrə keçirilir. Şagirdlər pulsuz qeydiyyata alınacaqlar. Bu il 9 illik, gələn il isə 11 illik dərs proqramı yüklənəcək. Hər bir müəllim dərs dediyi tədris müəssəsində çalışır ki, şagirdə düzgün təhsil versin. Müəllimin ən ümdə vəzifəsi cəmiyyətə ağıllı, bacarıqlı, savadlı, özünü təsdiq edə bilən tələbə, abituriyent və nəhayət cəmiyyətə yararlı şəxs yetişdirməkdir.
Təhsilə, şagirdlərə dəstək kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Rahat təhsil” (Easy Education) tətbiqi yaradılıb. Uşaqların tam təhsili üçün bütün imkanlar bu layihədə öz təsdiqini tapacaq.