AKTİV ŞAGİRD
Şagirdlərin dərsdə aktivliyini artırmaq üçün sual verməni istiyərək onları cəsarətləndirin. Onlara ciddi yanaşın. Şagirdi nə qədər ciddi qəbul etsəniz, onun varlığı ilə razılaşsanız, o dərəcədə də dərsinizi sevdirmiş olarsınız. Uşaqların özlərinə inamını artırmaq üçün onlara suallar verərək cəsarətləndirmək ən vacib ünsürlərdəndir.
Həm vizual, həm də səsli materiallardan istifadə edin. Bir şeyi öyrənmə müddətində istifadə olunan duyğular nə qədər çoxdursa, o qədər də yaxşı öyrənər və gec unudarıq. Öyrəndiklərimizin çox hissəsini gözlərimizin yardımı ilə öyrənirik. Qeyd götürmələrinə nəzarət edin, şagirdlərin qeyd götürmələrinə kömək edən ən yaxşı vasitə dərsi planlı, sxematik olaraq təqdim etməkdir.
Müzakirəyə təşviq edin. Müzakirəyə bir cümləlik sualla və ya problemi gündəmə gətirərək başlayın. Müzakirə dörd və ya altı nəfər arasında kişik müzakirə qrupları ilə təşkil edilə bilər. Bundan əlavə, iki nəfər arasında qarşılıqlı danışma, altı ilə on iki nəfərdən ibarət olan qrupun öz aralarında müzakirə apararkən digər şagirdlərin də bu qrupun ətrafında çevrə meydana gətirəcək şəkildə dinləməsi formasında da aparıla bilər.
Istiqamətləndirərək önəmli hissələrə diqqət edilməsini təşviq edin. Dərsdən əvvəl müəyyən mövzuları diqqətlə dinləmələri üçün şagirdlərə istiqamət verin. Istiqamətləndirilmiş dinləmə fəaliyyəti, eyni zamanda, qrup müzakirələrinə də səbəb ola bilər. Əvvəlcədən qruplar düzəltmək və hər qrupa diqqətlə qulaq asacaqları bir mövzu vermək lazımdır. (nə?, niyə?, nə üçün?) ”Öyrəndim” və “Bilmək istəyirəm” kimi ifadələrdən istifadə etmələrini (hətta yazmalarını) tələb edin. Bu sadə cümlə tamamlama vərdişi, şagirdlərin öyrəndiklərini qiymətləndirməkdə sizə köməkçi olacaq. Cümlələr dərs vaxtında və ya dərsin axırında yazıla bilər, şagirdlərə xas ola bilər, müəllimə verilə bilər və ya digər şagirdlərlə bölüşdürülə bilər.
Şagirdlərin dərsdə yazılı iştirakını təmin edin. Bir dərsin əvvəlində, axırında və ya ortasında şagirdlərdən bir sual, fikir və ya düşüncəyə yazılı olaraq münasibət bildirmələrini istəyin. Bu yazılı cavab gizli qala bilər, qrupla bölüşdürülə bilər və ya şagirdə geri verilə bilər. Əsas səbəb isə iştirakçıların düşüncələrini ifadə edə bilmələri və dərsin məzmununu qavramalarına kömək etməkdir.
Beyin fırtınası metodlarından istifadə edin. Beyin fırtınasının məqsədi fikirləri hərəkətə gətirməkdir. Başqa sözlə, çoxlu təklifləri inkişaf etdirmək və onları qiymətləndirmədən qeyd etməklə məsələni və ya problemi ifadə etməkdir. Beyin fırtınasından istifadə edərək dərs ərəfəsində və ya dərsdən əvvəl şagirdlərin dərsdə iştirakını təmin etmiş olarsınız. Eyni zamanda, şagirdləri qiymətləndirmə fürsətiniz olar.
Köməkçi vasitələr hazırlayın: dərs vəsaitləri (fotosurət, qaralama və b.) şagirdlərin əsas fikirləri izləmək, məzmunu xülasə etmək, fikirləri inkişaf etdirmək və öyrəndiklərini tətbiqdə köməkçi olar. Qısa testlər həm şagirdlər, həm də müəllimlər üçün təhsilin müvəfəqiyyətindən xəbər verir. Şagirdlərin özləri tərəfindən həll edilən testlər (cavabların sonradan verildiyi və ya imtahan kağızının sonunda yer alan) şagirdlərin öyrəndiklərini və xatırladıqlarını müqayisə etmələrinə və ya dərs başlamazdan əvvəl mövzunu gözdən keçirmələrinə köməkçi olar. Bu cür testlər yekun qiymətə təsir edəcəksə, necə və nə vaxt olduğunu şagirdlər bilməlidir.
Əlavə tapşırıqlara rəhbərlik edin. Dərs sonrası fəaliyyətlər üçün (daha çox düşünmək, oxumaq, əlavə qaydalardan istifadə etmək, tətbiq etmək və s.) təkliflər verin.