Biz Təhsilə önəm veririk

Son iki il ərzində üzləşdiyimiz problemlər bütün dünyada modern texnologiya və proqramlardan istifadənin zərurətini dərk etdirməklə yanaşı, müxtəlif sahə mütəxəssislərinin öz sahəsində yeniliklər etmək məcburiyyəti yaratmışdır. Qədəm qoyduğumuz yeni dünyada bizi hansı sürprizlərin gözlədiyini bilməsək də təhsil sahəsində perspektiv planlar hazırlanmalı və tətbiq olunması vacibdir. “Savad almaq bir nəfərin digəri üzərində üstünlüyü deyil, hər kəsin haqqı olmalıdır”. 6 il bundan əvvəl “Coursera” onlayn-təhsil sistemini yaradarkən Dafna Koller və Endryu İn bu şüarı əsas tuturdular. Bu kurslar təhsildə “təhsil optimizmi” adını almış ab-havanın formalaşmasına təkan verdi. Zaman keçdikcə cəmiyyətdə olduğu kimi tədris sahəsində də zəruri keyfiyyət dəyişiklikləri baş verir. Yaşadığımız pandemiya səbəbindən həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də fəaliyyətin yalnız texnologiyalardan istifadə sayəsində davam etdirilməsi və inkişafı zərurəti artıq yeni dünya formatına uyğunlaşmağı diktə edir. Xüsusilə, ölkəmizdə dəb halına gəlmiş repetitorluğun ailə büdcəsinə gözlə görünəcək təsiri getdikcə artmağa başlayır. Repetitorluğun mövcudluğu Azərbaycanda universitetə qəbul olanların faiz dərəcəsini artırsa da, məktəblərdə təhsil səviyyəsini aşağı salır. Şagirdin öz məktəbində yetişdirilməsi həm maddi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. İşin bu cür təşkili müəllim və məktəbin nüfuzunu bərpa etmək və qorumağa da müsbət təsir göstərər. Eyni zamanda, dəbdən geri qalmaq istəməyən və məktəbdəki təhsilə qane olmayan valideynlər də övladlarını aşağı sinifdən başlayaraq repetitor yanına göndərməsi ailə büdcəsinə xeyli təsir göstərir. Ortalama statistik göstəricilərə əsasən Azərbaycanlı ailəsində 2 nəfər övlad məktəblidirsə, və hər iki uşağın repetitor hazırlığının qiyməti ortalama maaşı üstələyə bilir. Bunu nəzərə alan bəzi valideynlər maddiyyata əsasən repetitorlığa üz tutmasalar belə, övladlarının bilik səviyyəsini artırmağa can atmırlar. Bu cür davranış şagirdlərdə gələcəyə inamsızlıq və ümidsizlik yaradır. Təşkilat olaraq məqsədimiz hər bir kəsin bilik əldə etməsi üçün əlverişli mühit yaratmaq və təhsilin əlçatanlığını təmin etməkdən ibarətdir.

“Easy Education” (Rahat Təhsil) mobil tətbiqi və saytının yaradılmasında məqsəd universitetə hazırlaşan abituryentlərə, ümumilikdə  aşağı və yuxarı siniflərdə təhsil alan məktəbli şagirdlərə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək, yeni bilik əldə etmək və öz imkanlarını qiymətləndirmək imkanı verəcəkdir. Mobil tətbiqin istifadəsi həmçinin böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək yeni tədris metodlarının inkişafına təkan verməklə yanaşı, ənənəvi öyrənmə formalarını zənginləşdirəcəkdir. Mobiltətbiqvəsaytın üstünlükləri onların müxtəlif istifadə formatlarıdır:
Onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının olması;
əyani və saitlərin mövcudluğu
qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri;
böyük həcmli məlumatların saxlanması;
mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü;
rahat istifadə - axtarış sisteminin mövcudluğu;
mobillik - hər yerdə və hər zaman.
Mobil tətbiq və saytın mövcudluğu istifadəçilərin təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün optimal şərait yaradacaqdır. Mobil tətbiqə və sayta yüklənən dərslər vasitəsilə öyrənənlərdə informasiyanın əhatəsi daha da genişlənəcək və əlçatmaz məlumatlar öyrənənlərin canlı müşahidəsinə çevriləcəkdir.