İstifadə şərtlərimiz

I. ÜMUMİ MÜDDƏALAR

1.1. “Göyərçin” təhsilin inkişafına dəstək ictimai birliyi (bundan sonra -
Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin
hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi
gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında
bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının
ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-
hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan
Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında
həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət
qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu əldə edir. Birliyin müstəqil balansı,
üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında
hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.4. Birliyin yerləşdiyi ünvan: Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 6/33,
mənzil 26/96.

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Birliyin əsas məqsədi təhsilin inkişafına kömək etməkdən ibarətdir.
2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • təhsilin inkişafı üzrə dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ
    etmək;
  • təhsilin inkişafı ilə bağlı cəmiyyətin maarifləndirilməsinə yardım etmək;
    müvafiq istiqamətdə araşdırmalar aparmaq.

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün
Birlik:

  • elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa
    və görüşlər, sərgilər təşkil edir;
  • ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət
    təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla
    birlikdə layihələr həyata keçirir;
  • məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə
    müvafiq qaydada mətbu nəşrlər təsis edir;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və
    beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində
üzvlərinin reyestrinin aparılmasını təmin edir.

2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası
Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

III. BİRLİYİN HÜQUQLARI

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:

  • öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları
    əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh
    kimi çıxış etmək;
  • fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və
    nümayəndəliklərini təsis etmək;
  • banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
  • müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
  • Birliyin yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq
    fəaliyyətini həyata keçirmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər
    hüquqlardan istifadə etmək.

IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar,
inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə
nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan
olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri
aşağıdakılardır:

  • təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük
    haqları;
  • idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların
    könüllü verdikləri əmlak haqları və ianələri;
  • səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan
    dividendlər, gəlirlər;
  • öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən
    gəlirlər;
  • qrantlar;
  • sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
  • təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
  • qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində
xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş
qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz
əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə
xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair
hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ,
ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə
orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər.

Təsisçilərin qarşılıqlı
münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış
müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət
hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola
bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.

5.5. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir.
Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin
yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü
seçilmiş hesab edilir.

5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara
malikdirlər:

  • bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada
    təşkilatın idarəçiliyində iştirak etmək;
  • Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya
    həmin orqanlarda təmsil olunmaq;
  • Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  • Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq,
    fəaliyyətinə nəzarət etmək;
  • öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət
    etmək;
  • onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində
  • şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və
    şikayət etmək.

5.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin
orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

  • Birliyin Nizamnaməsinə əməl etmək;
  • Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
  • Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin tədbirlərində iştirak etmək.

5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən
edilir.

5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

  • könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
  • Birliyin üzvlüyündən çıxarıldıqda.

5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

  • Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  • mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  • Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.12. Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və
məhkəməyə şikayət etmək hüququ vardır.

VI. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU
VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan
Ümumi Yığıncaqdır.

6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya
üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki
həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

  • Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
  • Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən
    edilməsi;
  • Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  • ilik hesabatın təsdiq edilməsi;
  • başqa təşkilatlarda iştirak;
  • Birliyin yenidən təşkili və ləğv edilməsi;
  • Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə
səlahiyyətli hesab olunur.

6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə
səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və
dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu
üçün 2/3 səs çoxluğu tələb olunur.

6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

6.8. İcra orqanı İdarə Heyətinin sədrindən, onun müavinlərindən və digər
şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

  • Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
  • təkliflər və layihələr irəli sürür;
  • Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
  • Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid
    edilməyən bütün məsələləri həll edir.

6.10. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır
və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.11. İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi
Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.

6.12. Sədr:

  • Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
  • Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan
    digər funksiyaları həyata keçirir.

6.13. Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin
fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində
nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən
edilir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir.

NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay
müddətində baxıb cavab verməlidir.

6.15. Dövlət qeydiyyatına alınmış Birlik Azərbaycan Respublikasının
ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Birlik on gün
müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə filial və (və ya)
nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir.

VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma,
bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin
fsaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada
İəyata keçirilir.

7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə
komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona
keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı
büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak
qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün
olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

VIII. DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə
tənzimlənir.

8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil
edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31
dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının
31-dək olan dövrü əhatə edir.