Dəyərdən kənar qalan övladlarımız
Əlaçı uşaq intihar etdi. Dəyər verdik, o uşaq əlaçı idi. Əlaçı olmaq ağıllı olmaq deməkdir mi? Xeyr. Hər zaman müəllimlərə bunu başa salmağa çalışmışam, siz beş yazdığınız uşaqdan deyil üç qiyməti yazdığınızdan qorxun, çünki o uşaq necə ağıllıdır ki, sən öz izahınla onu öyrədə bilməmisən. Hər zaman öyrədə bildiyinizdən deyil, öyrədə bilmədiyinizdən qorxun. Öyrədə bilmədiyiniz uşağın nə qədər ağıllı olduğunu bilin. Əgər bir sinifdə 25 və ya 30 uşaq içində sadəcə iki nəfərə əla yaza bilirsənsə, günah sinifdə deyil günah səndədir ki, sən ağlı dayaz olan iki uşağı asanlıqla başa sala bilmisən və əla qiymətini yazmısan, yerdə qalan ağlı dərin olan uşaqlar, onları inandıra bilməmisən axı onlar sənin izahını qəbul etməyiblər deməkdir. Sənin necə bir zəif müəllim olmağının xəbərçisidir, bir sinifdə iki oxuyanın olması. Heç uzağa getməyək həyatda nailiyyəti hansı uşaqlar qazana bilir, bizim dəyər verə bilmədiyimiz, zəifdir deyib kənara itələdiyimiz uşaqlar. Daha tez təsirə məruz qalıb uduzanlar isə əla yazdıqlarımız olur. Mən inanıram ki, hal-hazırda vəzifəli şəxslərin heç biri orta məktəb dövründə əlaçı olmayıb, yüz faiz əminəm. Ağıllı adama nəyisə izah edib öyrətmək çox çətin olur, bunu dərk edən müəllimin sinifdə yetirdiyi uşaqların daha çox hissəsi həyatda naliyyəti yüksək olur. Qonaq gedən bir uşağa ilk sualımız “2 vur 2 nə edər” olur bununla uşaq ağlını ölçmüş hesab edirik, halbuki uşağa sual vermək lazımdır ki, “dostun varmı? kimdir o? heç kömək etdiyin olubmu ona? “ həyatdan sual verin. 2 və ya 3 qiymətlə öz dəyərli övladlarınızı dəyərləndirməyin. Və ya müəllimin yazdığı qiymət ölçüsü də nisbidir. Əgər övladın üç alırsa onun məktəbini, müəllimini dəyişin, ya da evdə özünüz övladınıza o elmi başa salmağa çalışın. Öz üç alan övladınızla fəxr edin ki, necə ağıllıdır ki, müəllimi onu öyrədə bilmir.....ağıllı o uşağa deyirik ki, otur deyəndə oturur, dur deyirsən durur, “necə ağıllı uşaqdır” ancaq əksinə ağıllı uşaq sən dur deyən kimi durmayandır, düşünəndir ki, “niyə durmalıyam axı, durmalıyammı?” Evdə zəifdir oxuya bilmir dediyiniz uşağı qorumayın o çox ağıllıdır, əlaçı olanı dərslərini müəllimin hər dediyini qəbul edən uşağınızı qoruyun, çünki o zəif uşaqdır. Bu məqaləmlə müəllimləri pisləmək niyyətim yoxdur, ancaq üzdən dərs keçib beş dəqiqə vaxt ayırıb uşaqlara nəyisə öyrətməyə çalışan müəllimlərə aiddir, “ sizi burada öyrədə bilmirəm evə gəlin evdə hazırlayım” deyən repititorlara aiddir. Dövlətin qurduğu təhlükəsiz səviyyəli məktəbi cılızlaşdıran müəllimlərə aiddir. Vətən uğrunda şəhid olan övladlarımızın müəllimlərinin bir kəlmə sözü var dərsəd iki yazdığımız uşaqlar vətən uğruna qəhrəmanlıqla şəhid oldular….
“Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyin sədri Gülnarə Vəlixanlı