Hacıyeva Gülçöhrə
Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə çoxlu dəyişikliklər, islahatlar gedir. inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir. İndi hər birimiz bilirik ki, Azərbaycan təhsilinin qarşısında duran ən əsas məsələlərdən biri yüksək mədəniyyətli, mütərəqqi dünyagörüşlü, insan hüquqları və azadlıqlarına hörmət etməklə müstəqil və yaradıcı düşünmə qabiliyyətinə malik, vətənpərvər şəxsiyyət yetişdirməkdir. Təhsil sisteminin qarşısında duran bu məsələnin həlli üçün ilk növbədə müəllim özü keyfiyyətcə dəyişməli, «reproduktor» rolundan imtina etməli və yeni bir rolu – biliklərin əldə edilməsi yolunda bələdçi rolunu qəbul etməlidir. Deməli, müəllim təlimin yeni texnologiyasını bilməli, yeni proqram və dərsliklərdən istifadə etməli, ən başlıcası isə hörmətli Təhsil Nazirimiz Emin Əmrullayevin dediyi kimi «müəllim öz pedaqoji fəaliyyəti dövründə mütəmadi olaraq metodiki və professional» səviyyəsini yüksəltməli, elmi-nəzəri biliklərini artırmalıdır.
Müasir müəllim kəlməsini, fəaliyyətində, davranışında əks etdirən, hər zaman axtarışlar edib, beynəlxalq təlimlərə qoşularaq bacarığını artıran, ingilis dili müəllimimiz Hacıyeva Gülçöhrəni yaxından tanıyaq
-Mən, 19 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşam, ingilis dilini seçim etməkdə, o dili mənləşdirən səbəb anamdır. O, mən uşaq olanda rəngli şəkilli kitablar alardı, onların içində ingilis dilində olanı da olurdu. Məktəb yaşım yox idi, ancaq o rəngli kitablar məni elə özünə çəkirdi ki, orada nə yazılıb, şəkillər nə demək istəyir öyrənmək istəyirdim. İlk vaxtlar sözləri sonra cümlələri çözərək, kitabların sehirli aləmində ingilis dili öyrənmişəm. 23 saylı orta məktəbdə oxuduğum illərdə İngilis dili müəlliminin geyimi, danışığı ilə demək olar ki, onu ideallaşdırmışdım. Müəllim peşakarlığı məndə dərsə o dilə marağımı lap da artırdı. Ali məktəb seçimində çox məmnuniyyətlə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İngilis filologiyası və ədəbiyyatı fakultəsi oldu. Bakalavr pilləsini bitirdikdən sonra Kipr Yaxın Şərq Universiteti (Near East University) İngilis dili və ədəbiyyatı fakultəsinin magistr pilləsini bitirdim.
Bu aldığım təhsillə kifayətlənmədim, digər Beynəlxalq təlimlər, konfranslarda da iştirak etmişəm. Heç bir vaxt öyrənməkdən yorulmaram. Mən ingilis dili mütəxəssisi olmaqla bərabər, peşakar atçıyam. Əvvəllər yarışlarda iştirak edib mükafatlarda almışam. Bu idman növünə hal-hazırda bir xobbi kimi baxıram. Əsas peşakar ingilis dili ilə məşğulam. Tələbələrim həm azərbaycanlı, həm də xarici vətəndaşlar olublar ki, neçə-neçə insana ingilis dilini öyrətmişəm. “Rahat təhsil” onlayn təhsil platformasına da məmnuniyyətlə qoşuldum. Bildiyimi öyrətmək müəllimin ən ümdə borcudur.
Gülçöhrə müəllimə ilə tanışlıq bizə də xoş oldu. Belə müasir və öyrənməkdən usanmayan təhsil işçilərinə çox ehtiyacımız var.