Qurbanova Zülfinaz

Qurbanova Zülfinaz


“Təhsil millətin gələcəyidir” deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə böyük diqqət yetirmiş və ona qayğı göstərmişdir. Hazırda dahi liderin təhsillə bağlı siyasəti cənab Prezident İlham Əliyev və  Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir.

Müəlllimin arzusuda özü kimi təmiz, müqəddəs olur.Onları sevindirən sadəcə yetişdirdikləri şagirdlərin uğurlarıdır. “Rahat təhsil” platformasına əziyyəti olan növbəti müəllimimiz Qurbanova Zülfinaz Qabil qızıdır, onu gərgin iş fəaliyyətindən ayıraraq, yaxından tanış olmaq istədik

-Mən, Ağdam rayonunun Saybalı kəndində anadan olmuşam. Saybalı kənd orta məktəbində 1- ci sinfə daxil omuşam. Ağdam rayonu 5 saylı uşaq müsiqi məktəbinin fortepiano şöbəsini bitirmişəm.

Məlum səbəblərdən təhsilimi Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən 5 saylı (indiki 300 saylı) məktəbdə davam etdirmişəm. Orta məktəbdə oxuyarkən bir cox təbdirlərdə iştirak etmişəm,olimpiada qalibi olmuşam. Müəllimlərin bir işi olduqda məktəb fəalı kimi sinifi mənə tapşırıb gedirdilər. Mən bu boş vaxtdan uşaqlar düzgün yararlansın deyə təklif edirdim ki, hami ev tapşırıqlarını açsın, ev tapşırığı yazacağıq. Sinif yoldaşlarım bir nəfər kimi tapşırıqlarını çıxarar, sakitcə hər kəs öz tapşırığını həll etməyə başlayardı. Bir çətinlik yarananda onların hansınasa kömək edərdim. Müəllimimiz sinif otağına qayıdarkən dərsin müzakirə olunduğunu görüb heyrətlənırdi. Onlar: “Zülfinaz, səndən yaxşı müəllim olar” dediyi zaman mən ən böyük mükafatı almış kimi olardım. İllər ötdü, ali məktəbə qəbul vaxtım çatanda mən yalnız müəllim olacam dedim.“Azərbaycan dili və ədəbiyyatı” ixtisasını seçdim və ADPU filalogiya fakültəsində ali təhsil aldım.Təhsilimi başa vurduqdan sonra Bakı şəhər 274 saylı tam orta məktəbdə “Azərbaycan dili və ədəbiyyatı” müəllimi kimi fəaliyyətə başlamışam.Müəyyən vaxtdan sonra iş yerimi Ağdam rayon 149 saylı tam orta məktəbdə davam etdirirəm.

TİPİM,İTE,Odlar Yurdu təşkilatlarında təlimci kimi fəaliyyət göstərirəm. DİM  ilə əməkdaşlıq edərək marker-müəllim kimi işləyirəm.Pandemiya şəraitində təşkil olunan "Teledərs "layihəsində iştirak etmişəm.

            Doğrudan da, müəllimlik  fədailik tələb edir. Gərək insan özünü fəda versin, seçdiyi ixtisasdan ötrü. Və etdiyi bu əziyyətlər də heç vaxt havada qalmayacaq. Sonra bu əziyyətlər öz yolunu tapacaq və istədiyin peşəyə doğru addımlayacaqsan. Müəllimlik müqəddəsdir. Evdə ata-ana, məktəbdə müəllimə, işdə də rəhbərin bu şəxslərə daim rəğbət bəsləyib, onlara daim minnətdarlıqhissi ilə yaşayıb, xeyirxah işlər görməlisən. Onların qoyduqları işləri layiqincə davam etdirməlisən.