Biz həyatın qoynuna
İşıq kimi atıldıq.
Ulduz kimi parlayıb,
Ocaq kimi çatıldıq.
Dərs almışıq, dərs verək,
Xalqın övladlarına.
Andımız layiq gərək
Gənc müəllim adına.
Əqidəmiz millətə
Məhəbbətdən yoğrulub.
Sənətimiz zamanın
Sınağından doğulub.
Eşqimizdən dünyaya
Al şəfəqlər saçılsın.
Məmləkətin sabahı
Ağ günlərə açılsın.
Kainatı fəth etsin,
Haqqımızın sədası.
Aləmə nur çiləsin
Azərbaycan zəkası!