Əbədi nur kimi yaşar cahanda,
Qəlbinin oduyla isinər həyat.
Ürəklə çəkilər adı hər yanda,
Müəllim dinərsə susar kainat!
Zəkasıyla yarar qaranlıqları,
Aydın sabahlara ötürər bizi.
Qurtarıb bəşərin adiliyindən,
Sirli bir aləmə yetirər bizi.
Sevgilər süslənər doğma səsində,
Hər duyan ürəkdə taxtı-tacı var.
Dünyanın ən böyük dahisinin də
Müəllim sözünə ehtiyacı var.
İbrahim İLYASLI